Bu jurnalistlərin həbs müddətləri yenidən uzadıldı
“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.
Bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın isə 2 ay uzadılıb.
Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları-Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onların hər biri qaçaqmalçılıqda ittiham edilirlər.