Daha 100 bağçada yoxlama aparılacaq


“Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb”.


Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.

O bildirib ki, hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu