Səttar Möhbalıyev namizədliyini bu dairədən verir - YAP dəstəkləməsə də...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin adı YAP-ın siyahısında olmasa da, o, sentyabrın 1-ə keçiriləcək növbədənkənar parlament seçilərinə qatılacaq.
AFN.az xəbər verir ki, VI çağırış parlamentdə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsini təmsil edən S.Möhbalıyev bu dəfədə namizədliyini həmin dairədən verəcək. Onu da qeyd edək ki, 3 saylıq dairə indi Babək - Şahbuz - Kəngərlini əhatə edir. S.Möhbalıyevin seçkiyə yeni dairədən qatılacağını deyən mənbəmiz bildirir ki, o, artıq Şahbuzda imza toplamağa başlayıb.
Xatırladaq ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında verilən qərara görə, S.Möhbalıyevin adı hakim partiyanın dəstəklədiyi namizədlər siyahısında yoxdur. Bu barədə yerli media qərara istinadən yazıb.