Magistraturaya elektron sənəd qəbulu prosesinin müddəti uzadılıb


Ali təhsil pilləsinin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti 22 iyul saat 18:00-dək uzadılıb.


Elm və Təhsil Nazirliyindən AFN.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul olunmuş namizədlərhttps://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların yerləşdirilməsinə dair bölmə mövcuddur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu