İnsanları qanunsuz fəaliyyətə məcbur edirsiz - Natiq Cəfərlidən Rəhman Hümmətova


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Bakıda fəaliyyət göstərən taksilərin sayı 35 minə düşüb. "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi 35 minə yazındır. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək” - deyə nazir müavini bildirib.


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Ə.Hümmətovun açıqlaması ilə bağlı rəy bildirib. "Hədəf taksi sayının azaldılması olmamalı idi, hökumətin məqsədi taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına tövhəsi olmalıdır" - deyə ekspert qeyd edib.
N.Cəfərlinin sözlərinə görə, 30-35 min insan çörəksiz qalıb, işsizlər ordusuna qoşulub: "Qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu olmamalı idi axı!
Hə, cənab məmur, onu da deyim ki, bizim millət kreativdir, SSRİ belə pararlel taksi xidmətini qadağan edə, bu sahəyə nəzarət edə bilmirdi. İndi isə interner çağıdır, müxtəlif messenger-lər var, Siz rəsmi fəaliyyəti qadağan edəcəksiz, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək – o zaman nə edəcəksiniz?! Maşında sürücüdən başqa kimsə olsa onları bir-bir saxlayıb sorğu-suala tutacaqsız?! Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müşrəti maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar tanış olduğunu sübut etsinlər – Siz də bu metoda keçəcəksiniz? Bakıda 1 mln. avtomobil var, hər gün onları yoxlayacaqsınız?"
Ekspert qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olanlar bunu kefdən etməyib: "İnsanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdi, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər. İndi bu 30-35 min vətəndaş nə etsin?! Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz Siz onları bu addıma məcbur edirsiniz! Tənzimləmələri (oxu - qadağaları) davam etdirib nəyə nail olacaqsınız – bunu da açıqlayın, camaat işini bilsin..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu