Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB


Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.


"Report" xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Ötən gün vəfat edən Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfn olunacağı yer açıqlanıb.


AFN.az Modern.az-a istinadən xəbər verir ki, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, S. Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, uzunsürən xəstəlikdən sonra iyulun 22-də 72 yaşında dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu