Qoşqar Təhməzlinin qardaşı Dövlət Xidmətini məhkəməyə verdi


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı, iş adamı Atəş Təhməzovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.


Qalmaqala səbəb Atəş Təhməzova sözügedən qurum tərəfindən cərimə yazılmasıdır.

Dövlət Xidməti iş adamını İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ) ilə cərimələyib.

Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Atəş Təhməzov Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamiq Bağırov iş üzrə hakim təyin edilib.

Atəş Təhməzov "6-cı mərtəbə" şirkətinin rəhbəridir. Bu şirkət "Şərq bazarı" komleksinin yenidən qurulması və bərpasında podratçı şirkət olub.
Onun biznes fəaliyyətində qardaşı Qoşqar Təhməzlinin məmur olmasının önəmli rol oynadığı bildirilir.

Qoşqar Təhməzlinin digər qardaşı Fərhad Təhməzov Mənzil İnşaat Dövlət Agentliyin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin direktorudur.

Qoşqar Təhməzli 2017-ci ildən AQTA-ya rəhbərlik edir.

Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu