"Sevil Art" brendi yeni kolleksiyasını təqdim edib - FOTOLAR


"Sevil Art" brendi "Abşeron", "Milli nağıllar", "Sehirli Qobustan", "Nar" kolleksiyalarından sonra "Qarabağ əfsanəsi" kolleksiyasını müştərilərinə təqdim edib.


Müxtəlif kompozisiyalar əsasında Qarabağın tarixinin və mədəniyyətinin əks olunduğu kolleksiyaya səkkiz model daxil edilib. Hər bir modelin dizaynında görkəmli tarixi şəxsiyyətlərin (Pənahəli Xan, Xurşud Banu Natavan), Azərbaycan memarlığının möhtəşəm simvollarının (Gövhər Ağa məscidi, Şuşa qalası) və təbii ki, dünya şöhrətli Qarabağ atlarının təsvirlərindən istifadə olunub. Şalların kənarında Qarabağ xalçalarının elementlərinin əks olunması xüsusi həmahənglik yaradaraq hədəflənən konseptin dizaynını özünəməxsus şəkildə tamamlayıb.

Rəssam-dizayner, “Sevil Art” brendinin yaradıcısı Sevil Əhmədova yeni kolleksiya ilə bağlı fikirlərini AFN.az-a bölüşərkən bildirib ki, hər zaman cəsarətli rəng seçimi ilə fərqlənən brend bu dəfə də parlaq və dolğun rənglərə üstünlük verib: “Həm brendin koorporativ dəsti-xəttini saxlamaq, həm də Qarabağın rəngarəng təbiəti, sərt relyefi, zəngin mədəniyyəti, keşməkeçli tarixini ifadə etmək üçün "Qarabağ əfsanəsi" kolleksiyasının dizaynlarında da cəsarətli, parlaq, ancaq daha dolğun və hər dövr üçün aktual olan rəngləri seçdik".

Qeyd edək ki, kolleksiyanın istehsal mərhələsi də başa çatıb. Maraqlananlar artıq bu möhtəşəm məzmunlu şalları mağazalardan ala bilərlər, və ya sevilart.com saytından birbaşa sifariş verə bilərlər.

"Sevil Art” brendi ölkəmizin milli ruhunu, mədəniyyətini və tarixini özündə əks etdirən, eləcə də təbliğ edən ipək şal və aksessuar markasıdır. Brend 2020-ci ildə Azərbaycan mədəni irsinin zamanla itməməsi üçün mübarizədən ilhamlanaraq yaradılıb. Brendin məhsulları təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da öz müştərilərini cəlb edir. Milli naxışlarımız və ornamentlərmiz olan yaylıqlar sifariş əsasında dünyanın hər yerinə çatdırılır.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu