"AAAF-İnşaat" məhkəməyə verildi - 5,6 milyon vergi borcu da var


Hazırda ləğv prosesində olan "Texnikabank” ASC Xırdalan şəhərində yerləşən "AAAF park” yaşayış kompleksini inşa edən "AAAF-İnşaat” MMC-yə və Məlikova Gülnaz Cabir qızına qarşı məhkəmə iddiası qaldırıb.


İddia üzrə baxış iclası sentyabr ayının 19-da Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə keçiriləcək.

Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş "Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda "AAAF-İnşaat” MMC barəsində məlumatlar mövcud deyil.//Yeniavaz.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu