Əli Kərimli ilə bağlı məhkəmə iclası təxirə salındı


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayət üzrə məhkəmə iclası təxirə salınıb.


Nəsimi Rayon Məhkəməsi Aydın Əliyevin şikayətini qanunvericiliyin tələblərinə uyğun hazırlamadığını bildirərək hazırlıq iclasını təxirə salıb.

A.Əliyevə şikayətini hazırlaması üçün avqustun 19-dək vaxt verilib.

Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu