Cənubi Koreyada həddindən artıq istilər səbəbindən tropik gecə rekordu qırılıb
Cənubi Koreyanın paytaxtı Seulda ölkəyə təsir edən istilər səbəbindən tropik gecə rekordu qırılıb.
Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Meteorologiya İdarəsi ölkədə müşahidə edilən həddindən artıq istilərlə bağlı açıqlama verib.
Açıqlamada Seulun ardıcıl 27-ci tropik gecəsini yaşadığı, ən aşağı temperaturun 27,2 dərəcə olduğu bildirilib.
Bildirilib ki, ölkənin Busan şəhərində ən aşağı temperatur 26,6 dərəcə ilə ardıcıl 23-cü tropik gecə yaşanıb.
Belə ki, Seulda müasir meteoroloji müşahidələrin başladığı 1907-ci ildən bu yana ən uzun ardıcıl tropik gecələr rekordunun qırıldığı qeyd edilib.
Qeyd edək ki, tropik gecə temperaturun 25 dərəcə və ya daha yüksək olduğu zaman saat 18:00-dan ertəsi gün səhər saat 09:00-a qədər baş verir.
Cənubi Koreya Meteorologiya İdarəsi ən isti iyun olaraq qeydə alınan 2018-ci ildəki temperatur rekordunun qırıldığını açıqlayıb.
Açıqlamada həddindən artıq istilər səbəbilə Seul da daxil olmaqla ölkə daxilində 92 bölgədə həyəcan təbili çalındığı, iyul-avqust dövründə temperaturun daha da artacağı bildirilib.
Mənbə: AA