Əsabəli Mustafayev süni nəfəs aparatına qoşulub, vəziyyəti ağırdır
Vəkil Əsabəli Mustafayevin səhhəti pisləşib.
O, Sumqayıtda 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Əsabəli Mustafayevin ailəsindən Qaynarinfo-ya bildirilib ki, vəkil süni nəfəs aparatına qoşulub:
"Hələlik gözləyirik, həkimin sözlərinə görə az da olsa, irəlləyiş var. Bir müddət bundan öncə infarkt keçirmişdi. Ondan sonra ciyərinə su yığılıb, beyninə okisgen çatmır. Qan dövranı zəifləyib".