Prezident və birinci xanım Kəlbəcərə səfər edib - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.


AFN.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

Prezident və birinci xanım Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə olan "Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

***

İlham Əliyev və Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

***

Prezident və birinci xanım sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.


Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu