Buraxılış imtahanında yeni model tətbiq ediləcək
2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, yeni imtahan modeli aprobasiyadan keçirilib, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.
Tapşırıq nümunələri (ingilis dili)
Dinləmə mətni
Qiymətləndirmə meyarları (Azərbaycan dilində)
Qiymətləndirmə meyarları (Rus dilində)
Nəzərinizə çatdırırıq ki, proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.