Tibb üzrə 2024-cü il Nobel Mükafatının qalibi məlum olub - FOTO


Tibb üzrə 2024-cü il Nobel mükafatı ABŞ-da doğulmuş Viktor Ambros və Qari Ruvkuna mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimlənməsindəki rolu mövzusundakı işlərinə görə verilib.



İsveçin Karolinska İnstitutunda keçirilən mətbuat konfransında tibb üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.

Ambros və Ruvkun mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsində rolu sahəsindəki işlərinə görə mükafatlandırılıblar.

İkili genlərin tənzimlənməsində mühüm rol oynayan yeni kiçik RNT molekulu olan mikroRNT-ni kəşf edib və onların tapıntıları yeni bir gen tənzimləmə prinsipini ortaya qoyub.

Sözügedən araşdırma göstərib ki, mikroRNT-lər çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün zəruridir və orqanizmlərin inkişafı və fəaliyyətində mühüm rol oynayır.





Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu