AFFA hakimi təhqir edən baş məşqçini cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə qurumun saytında məlumat yayılıb.
Azərbaycan Premyer Liqasının III turunun “Zirə” - “Araz-Naxçıvan” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimə edilib.
II Liqanın IX turunun “Ağdaş” - “Füzuli” oyununun 43-cü dəqiqəsində “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Ağdaş”a 400 manat cərimə kəsilib.