Bu ərazilərə suyun verilməsində fasilə yaranacaq


Qobu, Güzdək qəsəbələrinə, Hökməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.



Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Buna səbəb isə magistral su xəttində aparılacaq təmir-bərpa işləridir.

Təmir işlərinin bazar günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu