ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb


Vaşinqton Kiyevə 988 milyon dollar məbləğində yeni hərbi yardım paketi elan edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

“Maliyyə Ukraynanı raket sistemləri və pilotsuz uçuş aparatları üçün sursatla təmin etmək məqsədilə istifadə olunacaq. Bundan əlavə, paketə Ukraynaya öz gücünü bərpa etməyə və döyüş qabiliyyətini saxlamağa kömək edəcək avadanlığa texniki xidmət və təmir proqramlarına dəstək daxildir”, - deyə məlumatda bildirilir.

Yeni yardım paketinin bir hissəsi kimi Kiyev HIMARS yüksək mobil artilleriya raket sistemləri, pilotsuz uçuş aparatları, zirehli texnikaya texniki qulluq, təmir və modernləşdirmə üçün avadanlıq, komponentlər və ehtiyat hissələri üçün döyüş sursatları alacaq.

"Bu, Bayden administrasiyası tərəfindən təqdim olunan iyirmi ikinci USAI yardım paketidir və bu, Ukraynaya dəstək üçün genişmiqyaslı proqramın bir hissəsidir", - deyə Pentaqonun açıqlamasında qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu