KİV: Ərdoğan Suriyaya böyük bir heyətlə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb. Nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirməyib.
Qəzetin köşə yazarı Əbdülkadir Selvi yazıb: "Suriyada keçid hökuməti sürətlə qurulacaq. Prezident Ərdoğan sərmayələrə cavabdeh nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək".
Qeyd edək ki, Ərdoğan Suriya səfəri haqda dünən açıqlama verib. O, Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək. Türkiyə prezidenti qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.