Məktəbliyə zorakılıq edən Rasilə Əliyeva bələdiyyə seçkilərində namizəd oldu


Lənkəran şəhər İcra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.


2023-cü ildə Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən azad edilən Rasilə Əliyeva Arif qızının yanvarın 29-da keçirləcək bələdiyyə seçkilərində YAP tərəfindən Lənkəran rayonu üzrə namizədliyi irəli sürülüb.
Xatırladaq ki, bir neçə il əvvəl Rasilə Əliyevaya Lənkəran şəhər4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi açılıb. İttihama görə, o, 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib, onun mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərib. Həmçinin yeniyetməyə bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunub.



Xalq.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu