“Bakı Metropoliteni”ndən gedişhaqları ilə bağlı AÇIQLAMA


“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.


QSC-dən verilən məlumatda bildirilir ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, yayılan iddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilir. Hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir.

Gedişhaqqı tariflərinin tənzimlənməsi ilə bağlı qərar vermək Tarif Şurasının səlahiyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu