SİMA mesajlarla bağlı açıqlama yaydı


Bu gün SİMA İmza istifadəçilərinə səhvən bildirişlər gedib.


Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər. Bildirilir ki, bəzi istifadəçilərə bildirişlər bir neçə dəfə gedib.

Yaranmış vəziyyətlə bağlı SİMA açıqlama yayıb.

Bildirilib ki, bu hal səhvən baş verib: “Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilib. Yaranmış narahatlıq üçün üzr istəyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu