Xalq artisti xəstəxanadan evə buraxıldı


İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.


Bu barədə Oxu.Az-a aktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.

O bildirib ki, anasının müalicəsi davam etdirilir.

"Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir", - deyə o bildirib.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu