Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.


"Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Digər sərəncamla Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Tural Abdulzadəyə həvalə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu