Peskov: Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıqdır

Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıq olaraq qalır və məqsədlərinə diplomatiya yolu ilə nail olmağa üstünlük verir.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya dinc səylərə, Ukrayna ətrafında sülh yolu ilə nizamlanmaya açıqdır. Biz öz məqsədlərimizə dinc və diplomatik vasitələrlə nail olmağa üstünlük veririk. Əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu aydınlaşarsa, bu, tamam başqa hekayə olacaq”, - deyə Kreml sözçüsü bildirib.