Sabah hava tutqun olacaq


Martın 25-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin hava şəraitinin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər havanın bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu