Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu