Tramp: Bütün ölkələrin nümayəndələri mənimlə görüşmək istəyirlər

Donald Tramp bildirib ki, bütün ölkələrin nümayəndələri onunla görüşmək istəyir və onların arasında Çin də var.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, artıq Meksika prezidenti Klaudiya Şeynbaumla danışdığını və Yaponiyanın yüksək səviyyəli ticarət rəsmiləri ilə görüşdüyünü bildirib.
"Dünən Meksika prezidenti ilə çox məhsuldar söhbətim oldu. Yaponiyanın ən yüksək səviyyəli ticarət nümayəndələri ilə də görüşdüm. Çox məhsuldar görüş oldu. Bütün ölkələr, o cümlədən Çin görüşmək istəyir!" - deyə Tramp özünün X-dakı hesabında yazıb.
Prezident aprelin 17-də Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcəyini də xatırladıb.