Vüqar Qurbanov Perinatal Mərkəzin işçiləri ilə görüşdü


Xəbər verdiyimiz kimi, ötən ilin yanvarında yanğın olan Respublika Perinatal Mərkəzinin bir qrup həkimi saytımıza müraciət edərək tibb müəssisəsinin taleyindən narahat olduqlarını bildirmişdilər.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandırıb.

O bildirib ki, hazırda Respublika Perinatal Mərkəzdə təmir işləri ilə bağlı layihələndirilmə prosesi yekunlaşıb: “Müvafiq qurumlardan rəy alınma mərhələsindədir. Aidiyyəti üzrə müsbət rəy alındıqdan sonra təmir-tikinti iş və xidmətlərinin satınalınması prosesinə başlanılacaqdır. Plana uyğun olaraq, qısa müddətdə işlərin tamamlanması və Respublika Perinatal Mərkəzinin ümumilikdə əsaslı təmiri planlaşdırılır.

Respublika Perinatal Mərkəzinin tibbi heyəti hazırda TƏBİB-in tabeliyindəki profil üzrə ayrı-ayrı tibb müəssisələrinə ezam olunub, onların iş fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir, vahid tarif cədvəli üzrə əmək haqları və göstədikləri xidmətə uyğun olaraq bonusları hesablanır.

Fürsətdən istifadə edib, fəaliyyətlərini qənaətbəxş səviyyədə davam etdirən tibb personalına təşəkkür edirik. Qeyd edim ki, bu gün TƏBİB-in İcraçı direktoru mərkəzin tibbi heyəti ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb”.

Xatırladaq ki, Perinatal Mərkəzdə yanğın hadisəsi ötən ilin yanvarında baş verib. Yanğın nəticəsində 7 yeni doğulmuş körpə həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu