Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı


"Toplum TV” işi üzrə ittiham olunan şəxslərin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası yekunlaşıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda cinayət işinin baxışa verildiyi elan edilib.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini təmin etməyib. Təqsirləndirilən şəxslərin hər birinə münasibətdə məhkəməyə qədər seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.

İş məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu iş üzrə 9 nəfər ittiham edilir. Onlardan 8-i həbsdədir. Təqsirləndirilənlərin hamısı Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirlər.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu