​​​​​​​Daha 5 itkin şəhidimiz dəfn olunacaq - FOTO


Daha 5 itkin şəhid mayın 16-sı dəfn ediləcək.


Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Məmmədov Yusif Mirzəli oğlu saat 12:00-da Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında, Rüstəmov Miriş Məhəmməd oğlu saat 14:00-da Ağcabədi şəhərində yerləşən Şəhidlər xiyabanında, Məmmədov Muxtar Bayram oğlu saat 12:00-da Şərur şəhərində yerləşən Şəhidlər xiyabanında, Abbasov Abuzər Tənzil oğlu saat 15:00-da Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında, Ərzumanov Elşən İsaməddin oğlu saat 13:00-da Quba şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu