Lisey və gimnaziyalara qəbulda yaş həddi qaldırılır? - AÇIQLAMA

Azərbaycanda lisey və gimnaziyalara qəbulda yaş həddi dəyişdirilir.
AFN.az-a bununla bağlı məlumat verən mənbə bildirib ki, növbəti ildən lisey və gimnaziyalara qəbul 5-ci sinifdən yox, 7-ci sinifdən aparılacaq:
"Əslində yeniliyin bu ildən tətbiqi nəzərdə tutulmuşdu, lakin müvafiq təhsil müəssisələri artıq iş planını qurduqları üçün müəyyən çətinliklər yaranacağı aydın oldu. Ona görə də 2025/2026 tədris ili üçün lisey və gimnaziyalara qəbul elan edildikdən sonra yəqin ki, bu qərar rəsmən elan ediləcək. Yeniliyin 2026/2027 tədris ilindən tətbiq olunacağı gözlənilir".
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) AFN.az-a bildirildi ki, hazırda belə bir qərar mövcud deyil:
"Lisey və gimnaziyalara qəbul yaşının artırılacağı ilə bağlı səsləndirilən iddialarla bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, hazırda bununla bağlı qərar mövcud deyil. Qərar veriləcəyi təqdirdə ictimaiyyətə elan ediləcək".