Orduxan, Sadıqlı və Abdullayevə qiyabi həbs seçildi

Xaricdə yaşayan bir neçə bloqer və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi çərçivəsində Binəqədi Rayon Məhkəməsinə təqdim olunan təqdimatlar təmin edilib.
Məhkəmənin qərarı ilə bloqerlər Orduxan Bəbirov, Tural Sadıqlı və Elşad Abdullayev barəsində qiyabi həbs seçilib.
Bloqerlər müxtəlif cinayət əməllərində - o cümlədən dövlət əleyhinə çağırışlar, dələduzluq və digər hüquqazidd əməllərdə ittiham olunurlar. Elşad Abdullayevə isə külli miqdarda vergidən yayınma, rüşvət alma və digər ağır cinayətlərə görə ittiham irəli sürülüb.