“Kristal Abşeron” MTK-ya maliyyə sanksiyaları tətbiq edildi


“Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinə (MTK) indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.



İqtisadiyyat.az-ın Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə etdiyi xəbərə görə, MTK-ya qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.



Belə ki, 2012-ci ildə 2 hal üzrə ümumilikdə 80 manat, 2015-ci ildə 2 hal üzrə ümumilikdə 80 manat, 2016-cı ildə 4 hal üzrə ümumilikdə 160 manat, 2023-cü ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2024-cü ildə isə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.



Xatırladaq ki, əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışından ibarət olan “Kristal Abşeron” 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 000 250 manat, qanuni təmsilçisi isə Dostumaliyev İbrahim Cəfər oğludur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu