Lisey və gimnaziyalara qeydiyyat başladı – Siyahı və tarixlər


Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun 2025-ci il tarixinə qədər davam edəcək.



AFN.az xəbər verir ki, qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı vasitəsilə aparılacaq.



Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər. Əlavə məlumat və texniki dəstək üçün sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edilə bilər.



📋 Qəbul prosesi həyata keçirilən müəssisələr:



  1. Bakı, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya

  2. Bakı, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya

  3. Bakı, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya

  4. Bakı, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya

  5. Bakı, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

  6. Bakı, Kimya-biologiya təmayüllü Respublika liseyi

  7. Bakı, 16 nömrəli texniki-humanitar lisey

  8. Bakı, 2 nömrəli texniki-humanitar lisey

  9. Bakı, 147 nömrəli texniki-humanitar lisey

  10. Bakı, Texniki humanitar lisey

  11. Bakı, 291 nömrəli “Ekologiya” liseyi

  12. Bakı, Rəqəmsal biliklər liseyi

  13. Bakı, Akademik Z.Əliyeva adına lisey

  14. Sumqayıt, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi

  15. Sumqayıt, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi

  16. Sumqayıt, “Təfəkkür” liseyi

  17. Sumqayıt, Təbiət elmləri təmayüllü gimnaziya

  18. Qobustan, 2 nömrəli tam orta məktəb

  19. Xaçmaz, Zərifə Əliyeva adına 8 nömrəli lisey

  20. İsmayıllı, Talıstan liseyi (internat)

  21. Quba, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

  22. Naxçıvan, Qızlar liseyi

  23. Şamaxı, texniki, humanitar və təbiət təmayüllü lisey

  24. Gəncə, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

  25. Gəncə, Xarici dillər təmayüllü gimnaziya

  26. Şəki, Kimya-biologiya təmayüllü lisey

  27. Şəmkir, Kimya-biologiya təmayüllü lisey

  28. Şirvan, Kimya-biologiya təmayüllü lisey

  29. Ağdaş, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya

  30. Biləsuvar, texniki fənlər təmayüllü məktəb-lisey

  31. Ağstafa, Texniki-humanitar təmayüllü lisey

  32. Oğuz, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət təmayüllü lisey

  33. Mingəçevir, S.Vurğun adına 16 nömrəli tam orta məktəb

  34. Lənkəran, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey

  35. Masallı, “Dəfinə” məktəb-liseyi

  36. Beyləqan, Humanitar fənnlər təmayüllü lisey

  37. Şərur, Fizika, riyaziyyat təmayüllü lisey

  38. Bərdə, Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey

  39. Salyan, Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət təmayüllü lisey



📅 Qəbul imtahanlarının tarixləri:



  • 25 iyun 2025 – 7 və 8-ci siniflərə qəbul

  • 26 iyun 2025 – 6-cı siniflərə qəbul

  • 27 iyun 2025 – 5-ci siniflərə qəbul



Daha ətraflı məlumat üçün rəsmi portal: https://sy.edu.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu