TTK üzrə ən çox müraciət edən universitet hansıdır?


Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditinə müraciətləri rəsmiləşdirilənlərin çoxu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələridir.



AFN.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib. "Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub. Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunur" - deyə nazir müavini qeyd edib.



Onun sözlərinə görə, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır: "Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu