İsrail İranın yeraltı raket bazasını vurdu

İsrail ordusu İranın qərbində yerləşən Xürrəmabad şəhərində yeraltı hərbi bazaya zərbə endirdiyini, burada yer-yer tipli ballistik raketlərin, buraxılış sistemlərini və digər hərbi sursatların saxlanıldığını iddia edib.
İsrail Ordusu sözçülüyünün verdiyi açıqlamaya görə, ordunun kəşfiyyat məlumatları əsasında İsrail qırıcı təyyarələri Xürrəmabad vilayətində yeraltı tunellərdə saxlanılan yer-yer raketlərini, qanadlı raketləri və çoxsaylı raket buraxılış sistemlərini hədəfə alaraq zərbələr endirib.
İsrail ordusu hədəf alınan bu məntəqənin daha əvvəl İran tərəfindən yayımlanan videoda göründüyünü də iddia edib.