AZAL Yaxın Şərqə uçuşları ləğv etdi – dayandırılan reyslərin SİYAHISI


Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan bir sıra reyslər ləğv olunub.



Həmin reyslər aşağıdakılardır:




  • Bakı – Dammam – Bakı (J2 8205/8206)

  • Bakı – Bəhreyn – Bakı (J2 505/506)

  • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

  • Bakı – Lahor – Bakı (J2 145/146)



Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:




  • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

  • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı



AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə vaxtında və operativ şəkildə məlumatlandırılacaqlar.



Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu