Gədəbəydə “Qaladan Qala” sənədli filmi təqdim olunacaq

Gədəbəydə “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gələn “Qaladan Qala” – "Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filminin təqdimatı keçiriləcək.
AFN.az xəbər verir ki, bununla bağlı məlumatı “Sağlamlığın Qorunması” İctimai Birliyi yayıb.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, çəkilişlər zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Orxan Mürsəlov və əməkdaşlarına təşəkkürümüzü bildiririk" - deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, sənədli film Gədəbəyin tarixi abidələrini və mədəni irsini əks etdirməklə, Azərbaycanın zəngin mədəniyyətini və tarixi keçmişini yeni nəslə çatdırmaq məqsədini daşıyır. Film çərçivəsində Azərbaycanın bu gözəl bölgəsinin qədim qalaları, yaşayış məskənləri və mənəvi dəyərləri ilə tanış olmaq mümkün olacaq. Layihənin məqsədi mədəni irsin qorunmasını və onun gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.
Təqdimat proqramı yalnız filmlə məhdudlaşmır. Tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdiriləcək və iştirakçılar üçün musiqili proqram təşkil olunacaq. Tədbir mədəni irsimizin qorunması və tanıdılması baxımından önəmli bir addım olmaqla yanaşı, həm də yaradıcı gənclərin dəstəklənməsi üçün platforma rolunu oynayır. Tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdiriləcək və iştirakçılar üçün musiqili proqram təşkil olunacaq. Tədbir yalnız mədəni irsin qorunması baxımından deyil, həm də yaradıcı gənclərin dəstəklənməsi və cəmiyyətə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
“Qaladan Qala” – "Gədəbəy: Tarixi Abidələr Diyarı" adlı bu sənədli filmdə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Gədəbəy ərazisində yerləşən əhəmiyyətli abidələr, qalalar və körpülərdən danışılır. Film, qədim oğuz xalqının tarix boyu göstərdiyi igidliyi, sıldırım qayalar üstündə ucalan qalaların möhtəşəmliyini və bu irsin qorunub saxlanılmasını özündə birləşdirir. Digər bolgələrdə olduğu kimi Gədəbəy rayonunda da dillər əzbərinə çevrilən dastanlarımızda, nağıllarımızda, aşıqlarımızın mahnılarında, şairlərimizin şerlərində qalaların, igidliyin vəsf olunması, bu ənənənin bu gün də yaşadılması diqqətə çatdırılır. Gədəbəyin zəngin irsindən bəhs edən bu film həmçinin bölgədə yaşayan malakanların həyat tərzindən, onların yerli əhali ilə birgə paylaşdığı qəhrəmanlıq hekayələrindən də söz açır.
Qeyd edək ki, film çəkilişləri “AS Production” tərəfindən həyata keçirilib. Layihə rəhbəri: “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abıyeva, redaktor: telejurnalist Səidə İbrahimli, rejissor və operator: Faiq Əliyev, videoqraf: Sadiq İsazadə, fotoqraf: Ramin Aslanovdur.