Şahin Şıxlinskinin evinə basqın edib sənədlərini götürüblər

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin evində axtarışlara başlanılıb.
AFN.az Oxu.Az-a istinadən xəbər verir ki, OMON-çular Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanıldıqdan dərhal sonra onların mənzilinə basqın edib.
Nəticədə, onların evindən kompüter və digər sənədlər götürülüb.
Qeyd edək ki, M. Şıxlinski artıq sərbəst buraxılıb.