Ceyhun Bayramov Maka Botçorişvili ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Botçorişvili arasında görüş keçirilir.
AFN.az xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan - Gürcüstan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq, həmçinin strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.