Sabah da qızımı bəyənməyəcəksiz - Qiyasın qaynatası (VİDEO)


Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən Qiyas İsmayılzadənin qayınatası danışıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

O bildirib ki, nişanın pozulmasına səbəb oğlan evinin cehizləri bəyənməməsi olub:

“Qızım zəng edib dedi ki, “lüstür”ü bəyənmirlər, deyirlər ki, bu plastikdir. Evimizə yaraşmır. Mən də oğlanın atasına zəng etdim, soruşdum ki, nə məsələdir? O da dedi ki, həmin söhbətə görə evdə narazılıq var. Mən əvvəldən demişdim ki, kasıbam. Dedim, cehizi qızıma almışam, sizə yox. Bu gün “lüstür”ü bəyənmirsən, sabah da qızımı bəyənməyəcəksən”.

Qız evinin iddialarına görə, cehiz məsələsinə görə, əvvəllər də Qiyasın bir neçə dəfə nişanı pozulub. Onlar bildirirlər ki, bu məsələdən bəyin intiharından sonra xəbərdar olublar.

Ətraflı videomaterialda:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu