"Traktor" İran Superkubokunun qalibi oldu

"Traktor" futbol üzrə İran Superkubokunun qalibi olub.
Son ölkə çempionu Təbriz klubu həlledici oyunda "İstiqlal"ı məğlub edib.
"Naqşi Cahan" stadionunda baş tutan görüş "Traktor"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Traktor" ötən mövsüm İran çempionatının qalibi olub.