17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı


Zərdabda şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan qıza toy mərasimi keçirilməsinin qarşısı alınıb.

AFN.az xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu