Mərkəzi Hərbi Sanatoriyanın rəisi haqda həbs qərarı verildi - YENİLƏNİB
Əldə etdiyimiz məlumata görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə İ.Haqverdiyev barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.
Mayor Haqverdiyev korrupsiyada ittiham olunur.
Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.



