Kürşad Zorluya "Qənirə Paşayeva" xüsusi mükafatı verildi


AK partiyanın sədr müavini professor Kürşad Zorlu Türk dünyasına xidmətlərinə görə "Qənirə Paşayeva" xüsusi mükafatına layiq görülüb.

Zorlu mükafatı Rumıniyanın paytaxtı Buxarestdə Parlament Sarayında təşkil olunan mərasimdə Qənirə Paşayevanın anası Terhan Nağıyevadən alıb.

Kürşad Zorlu Türkiyə-Rumıniya münasibətlərinin önəmi barədə də açıqlamalar verib.

Professor Türkiyə-Rumıniya münasibətlərinin Balkanların sabitliyi üçün vacibliyini vurğulayıb və ikitərəfli əlaqələrin bir çox sahədə davam edəcəyinə işarə edib. O, Buxarestdə Mustafa Kamal AtatürkHeydər Əliyevin abidələrinin mövcudluğunu xatırladıb.

Sədr müavini səfərini Buxarestdəki Türk şəhidliyini ziyarət etməklə tamamlayıb. //HaberGlobal







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu