BDU-da Konstitusiya Günü ilə bağlı kitab sərgisi təşkil olunub


BDU-da Konstitusiya Günü münasibətilə kitab sərgisi təşkil edilib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 12 Noyabr – Konstitusiya Günü münasibətilə ənənəvi kitab sərgisi təşkil edib.

BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlar, həmçinin Konstitusiya hüququ, tarixi, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası kimi mövzularda 50-dən çox nəşr nümayiş olunur.

Konstitusiyamızın dövlətçilik tariximizdəki rolunun gənc nəslə çatdırılmasına öz töhfəsini verəcək sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu