İki ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi


Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yaralanan Asim Qafarov vəfat edib.

AFN.az “Unikal”a istinadən xəbər verir ki, Asim Qafarov iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib.

O, Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, sözügedən qəzada sürücü Ceyhun Yusifov hadisə yerində həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu