“Fənərbaxça”nın keçmiş ulduzu saxlanıldı


Türkiyə millisində, “Fənərbaxça”, “Beşiktaş” kimi klublarda çıxış etmiş sabiq futbolçu Gökhan Gönül saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün səhər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.

G.Gönül birja manipulyasiyası etməkdə günahlandırılır.

Qeyd edək ki, Gökhan Gönül 2008/16 və 2020/21-ci illər arasında “Fənərbaxça”da, 2016/20-ci illər arasında isə “Beşiktaş”da çıxış edib. O, Türkiyə millisinin formasında 66 dəfə meydana çıxıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu