Apellyasiya məhkəməsi Əli Kərimli barədə qərar verdi


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Report xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ittiham irəli sürülüb.

Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanmış cinayət işi çərçivəsində saxlanılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu